İnsanlara hürriyət, millətlərə istiqlal!

Abdullahiyan çinli həmkarı ilə Qəzzada atəşkəsi müzakirə edib

İranın xarici işlər nazir Hüseyn Əmir Abdullahiyan və Çinin xarici işlər nazirləri Van İ arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Abdullahiyan İsraildən İrana qarşı yönəlmiş addımların sərt şəkildə cavablandırlmalı olacağı barədə ABŞ-yə xəbərdarlıq edildiyini bildirib.

Telefon danışığında İranla İsrail arasındakı gərginlik müzakirə edilib.

Çinin xarici işlər naziri bildirib ki, ABŞ dövlət katibi ilə telefon danışığında ona İran tərəfinin fundamental mövqeləri barədə məlumat verib və həmişə regionda sülhün bərqərar olması və Qəzzada atəşkəsin yaradılmasını vurğulayıb.

Van İ bildirib ki, Çin və İran strateji tərəfdaşdır və ölkəsi İranın bütün sahələrdə mövqelərinə böyük əhəmiyyət verir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR