İnsanlara hürriyət, millətlərə istiqlal!

9 il unudulmuş futbolçu Bakıya gəlir

Azərbaycan yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək Haiti milli komandasının heyətində dəyişiklik edilib.

24 nəfərlik ilkin heyətdə yer alan qapıçı Jona Mednar səfərə yollanmayacaq.19 yaşlı qapıçını "Real Hope" klubundan olan həmkarı Luis Valendi Odelus əvəzləyib.

Məlumatı Haiti Futbol Federasiyası yayıb.

Vaxtilə böyük gələcək vəd edən Odelus hələ 19 yaşında ikən milli komandaya dəvət alıb. Lakin 2016-cı ildə Trinidad və Tobaqo ilə görüşdən sonra bir daha yığmaya çağırılmayıb.

Haiti futbolçularını gətirən təyyarə sabah Bakıya enəcək. Qonaqlar səfər yorğunluğunu çıxarmaq və 8 saatlıq vaxt fərqinə öyrəşmək üçün 5 gün qabaqcadan Azərbaycana gəlməyi məqsəduyğun sayıblar.

Azərbaycan - Haiti matçı martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.  (Offsideplus.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR