İnsanlara hürriyət, millətlərə istiqlal!

78 nəfərin öldüyü faciədən qazanmaq istəyənlər HƏRƏKƏTƏ KEÇDİ – Qiymətlər kəskin artdı

Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda baş verən və 78 nəfərin həyatını itirməsi ilə nəticələnən yanğın faciəsindən sonra yanğınsöndürmə balonlarına tələbat artıb.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bəzi fürsətcillər bu faciədən sonra hərəkətə keçərək yanğınsöndürmə balonu, yanğın örtüyü və tüstü detektoru kimi avadanlıqların qiymətlərinə yüksək artımlar ediblər.

Belə ki, yanğından iki gün əvvəl 414 lirəyə (19 manat) satılan kiçik yanğın balonunun qiyməti sözügedən faciədən bir gün sonra 735 lirəyə (35 manat) qalxıb. Yanğın örtükləri, tüstü detektorları kimi avadanlıqların qiymətlərində də faciədən sonra 100%-i keçən artımlar edildiyi müəyyən olunub.

İstehlakçılara bu cür məhsulları internetdən deyil, yerində almaları tövsiyə edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR