İnsanlara hürriyət, millətlərə istiqlal!

7 yaşlı uşaq kiçik qardaşını qaçırılmaqdan belə XİLAS ETDİ

Mançesterdə mağazada bir kişi üç yaşlı uşağı qaçırmağa cəhd edib, lakin böyük qardaşı onu xilas edib.

Musavat.com oxu.az-a istinadən bildirir ki, ana və iki uşağı Mançesterdə ticarət mərkəzində alış-verişə gedib. Qadın kassada pul ödəyərkən yeddi və üç yaşlı iki oğlu onun yanında dayanıb.

Qəflətən yaşlı bir kişi oğlanlardan birinə yaxınlaşaraq onu kobudcasına tutub aparmağa çalışıb. Uşağın böyük qardaşı oğurluğun qarşısını ala bilib. Yeddi yaşlı uşaq üç yaşlı qardaşının ayağından yapışaraq qışqırıb.

Hadisəni törədən şəxs həbs edilib. Onun 60 yaşlı yerli sakin olduğu məlum olub. Adam oğurluğuna cəhdə görə məhkəmə onu 3 il 2 ay müddətinə azadlıqdan məhrum edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR