İnsanlara hürriyət, millətlərə istiqlal!

60 firma üzərindən cinayətləri ört-basdır etmək istəyənə hökm oxundu – ÇİRKLİ PUL İŞİ

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Eldar Şahgəldiyevə hökm oxunub.

Musavat.com xəbər verir ki, Eldar Şahgəldiyevin cinayət işi üzrə hökm oxunub.

Hakim qarşısına çıxarılan Eldar Şahgəldiyevə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tanınıb.

Prokuror Rauf Malışov təqsirləndirilən şəxsin əvvəllər də eyni cinayətə görə məhkum edildiyinin nəzərə alınmasını və 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Məhkəmənin hökmü ilə təqsirləndirilən 9 il müddətinə azadlıqdan məhrum edilib.

Eldar Şahgəldiyev 2020-ci ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində yaxalanmışdı. O zaman Eldar Şahgəldiyevin idarə etdiyi avtomobilə baxış zamanı 60-a yaxım firmaya məxsus möhür, sənədlər və çek kitabçaları aşkar olunaraq götürülmüşdü. Məlum olmuşdu ki, E. Şahgəldiyev saxta əməliyyatlar aparmaq üçün oğlu Elnur Şahgəldiyev, tanışları Xəyal Quliyev və Oqtay Xudatovun adlarına firmalar açıb.

Saxta sənədlərlə maliyyə əməliyyatları aparan mütəşəkkil dəstənin üzvü kimi saxlanılan Eldar Şahgəldiyevə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR