İnsanlara hürriyət, millətlərə istiqlal!

5 saat gözlədiyi deyilən pasiyentlə bağlı "Yeni Klinika"dan REAKSİYA: “Təcili hal deyildi”

Psixoloq Sevinc Əlizadə öz feysbuk hesabında "Yeni Klinika" ilə bağlı şikayət ünvanlayıb.

O qeyd edib ki, pasiyent 5 saatlıq gözləməyə məruz qalıb – təcili müdaxilə tələb edən vəziyyət zamanı gecikmə baş verib: “Dünən saat 16:00 radələrində “Yeni Klinika”ya gətirilən pasiyentə ilkin olaraq “Həkim baxacaq, gözləyin” cavabı verilib. Lakin saatlar keçməsinə baxmayaraq, heç bir tibbi müdaxilə olunmayıb. Hadisə baş verdikdə saat artıq 21:00 idi və xəstə kəskin ağrılar içində, hələ də həkim müayinəsini gözləyir. Qeyd olunan tibbi vəziyyət testis torsiyası, yəni təcili müdaxilə tələb edən, vaxtında əməliyyat olunmadıqda orqanın funksiyasını itirməsinə səbəb ola biləcək ciddi bir diaqnozdur”.

“Yeni Klinika” məsələ ilə bağlı Musavat.com-a cavab verib.

Qeyd edilir ki, 18 avqust 2025-ci il tarixində, saat 05:09-da "Yeni Klinika"nın Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə müraciət edən pasiyent (kişi cinsli) ilkin olaraq triaj otağında müayinə olunub: “Müayinə nəticəsində pasiyentin şikayətinin uroloji xarakter daşıdığı və təcili tibbi hal hesab edilmədiyi müəyyən edilib. Qeyd olunmalıdır ki, pasiyent tibb müəssisəsinə ağrı və sancı ilə deyil, axıntı şikayəti ilə müraciət edib. Bu səbəbdən o, poliklinik qaydada uroloq-androloq müayinəsinə yönləndirilib və saat 06:12-də Qeydiyyat bölməsinə yaxınlaşaraq növbə talonu əldə edib. Daha sonra pasiyentlə telefon əlaqəsi yaradılıb və xəstəxana daxilində görüş təşkil olunub. Görüş zamanı da pasiyentin sosial şəbəkələrdə bildirdiyinin əksinə olaraq, hər hansı ağrı şikayətinin olmadığı təsdiqlənib. Pasiyent həkim-uroloq tərəfindən konsultasiya olunub, əlavə olaraq doppler ultrasəs müayinəsinə və laborator qan analizlərinə yönləndirilib. Müayinələrin nəticələrinə əsasən, pasiyentdə 1-ci dərəcəli varikosel (toxum ciyəsi venalarının genişlənməsi) aşkar edilib”.

Klinikadan o da bildirilir ki, hazırda müalicəyə ehtiyac olmadığı üçün pasiyentə həkim tərəfindən profilaktik məsləhətlər verilib: Qeyd edək ki, tibb müəssisələrində pasiyent qəbulu triaj prinsipi əsasında həyata keçirilir. Təcili və təxirəsalınmaz hallarda müraciət edən pasiyentlərin növbəsiz şəkildə qəbulu təmin olunur. Planlı tibbi xidmətlər isə poliklinik müayinələrə uyğun ardıcıllıqla, talon sisteminə əsasən həyata keçirilir”.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR