İnsanlara hürriyət, millətlərə istiqlal!

49 yaşlı şəxs 10 yaşlı qıza qarşı əxlaqsız hərəkət etdi - Ailəsi bağışladı

Gəncədə 10 yaşlı qıza qarşı əxlaqsız hərəkət edən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxsin 49 yaşı var. O, qız uşağına qarşı yaşadıqları binanın blokunda əxlaqsız hərəkətlər edib.

İfadəsində deyib ki, əsgərlikdə miningit olduğu üçün yuxusuzluqdan əziyyət çəkir və davranışlarına nəzarət edə bilmir.

O, azyaşlıya qarşı əxlaqsız hərəkətlər etmədiyini əlinin bilmədən qıza dəydiyni deyib.

Məhkəmə təqsirləndirilən şəxsi törətdiyi əməldə günahkar bilib. Binada olan kamera görüntüləri hadisəni lentə alıb. Qızın ailəsi ondan şikayətçi olmayıb.

Hökmə əsasən təqsirləndirilən şəxs 2 il azadlıqdan məhrum edilib.

İ.Muradov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR