Onlayn ictimai-siyasi qəzet
Odessada millətçi fəal Demyan Qanulu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Musavat.com Ukrayna mediasına istinadla xəbər verir ki, o, təxminən bir ay əvvəl Ukrayna ordusundan fərarilik etmiş 46 yaşlı yerli sakin Sergey Şalayevdir. Həbs zamanı həmin şəxsdən silah və qumbara götürülüb. O, Ukrayna ordusunda baş leytenant rütbəsində xidmət edirmiş.
Departamentdən bildirilib ki, onlar Şalayevin motivlərini müəyyənləşdirirlər. Versiyalar arasında qətlin sifariş əsasında törədilməsi və “Rusiya izi” də var.
Ukrayna prezidenti Vladimir Zelenski istintaqa onlarla müstəntiq, əməliyyatçı və kriminoloqun cəlb edildiyini bildirib.
V.Zelenski bildirib ki, o, Ukraynanın daxili işlər nazirinə, baş prokuror vəzifəsini icra edən şəxsə baş verənlərin faktlarını müəyyən etmək üçün bütün lazımi qüvvə və vasitələri cəlb etməyi tapşırıb.
Musavat.com
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ