İnsanlara hürriyət, millətlərə istiqlal!

44 Azərbaycan rəsmisinə qarşı sanksiya layihəsi Konqresə təqdim edildi - ERMƏNİLƏRƏ GÖRƏ

Cümə günü ABŞ qanunvericilərinin ikipartiyalı qrupu Azərbaycanın yüksək vəzifəli məmurlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini təqdim edib.

Musavat.com xəbər verir ki, bu barədə Turan-ın Vaşinqton müxbiri və Ermənistan mediası yazıb.

Musavat.com yayılan məlumatlar əsasında bildirir ki, sənədin müəllifləri erməni lobbisinə bağlı konqresmenlər Dina Titus və Qas Bilirakisdir. Bu, Azərbaycana qarşı sanksiyalar haqqında ilk qanun layihəsidir. Sənədə Konqresin 21 üzvü də qoşulub. Onların, demək olar ki, hamısı anti-türk, islamafob və ermənipərəstliyi ilə seçilir. Adlara diqqət edək: Eleanor Holms Norton, Tom Mak Klintok, Cenis Şakovski, Nikol Malliotakis və digərləri.

Turan-ın müxbiri sənədin sonrakı trayektoriyası baxımından prosedur sxemini açıqlayıb: qanun layihəsi Bayden administrasiyasından Qlobal Maqnitski Qanunu və ABŞ-ın digər qanunlarına uyğun olaraq 180 gün ərzində 44 məmura qarşı sanksiyalar barədə qərar qəbul etməyi tələb edəcək. "Qanun layihəsinin yekun variantında 41 yox, 44 azərbaycanlı məmur var. 41 məmurun adı daha öncə açıqlanıb, üç nəfərin adı hələlik məlum deyil", - deyə, Turan yazır.

44 vəzifəli şəxsin tam siyahısı yaxın günlərdə açıqlanacaq.

Qanun layihəsinin yekun variantı Qarabağda müharibəyə də toxunur və Azərbaycan hakimiyyətini ermənilərin hüquqlarını pozmaqda ittiham edir. Musavat.com-a görə, əslində, bu layihənin ortaya çıxma səbəbi budur: Azərbaycanın Qarabağda apardığı anti-terror tədbirlərindən sonra erməni lobbisinə və "xristian klubu"na bağlı Qərb quruluş, media və dövlətlərinin hərəkətə keçəcəyi gözlənilən idi.

Gəlin bu sitata baxaq və qiymətimizi verək: "Azərbaycan hökuməti hərbi əsirlərin hamısını azad etməyib və yeni hərbi əsirləri və mülki şəxsləri saxlamağa davam edir. Buna cavabdeh olanlar hüquqi məsuliyyət daşıyanlardır".

Müəlliflər daha sonra fikri əsas məzmundan yayındırmaq üçün daxili siyasi amilləri də qeyd edirlər.

İddialara görə, siyahıda Prezident Administrasiyası, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti, Penitensiar Xidmət üzvlərinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimlərinin və digər dövlət məmurlarının adları var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR