Onlayn ictimai-siyasi qəzet
Ağdaşda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Ağdaşda baş verən qəza ilə bağlı DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Musavat.com-a bildirilib ki, martın 16-sı saat 22 radələrində Adil Qasımovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan iki “Ford” markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində hər iki “Ford”un sürücüsü, 1980-ci il təvəllüdlü Ağəmmədov Yasin Sədyar oğlu və 1991-ci il təvəllüdlü Əlizadə Rəşad Ədalət oğlu, eləcə də orada olan 1982-ci il təvəllüdlü Qarayev Yaşar Maarif oğlu aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ