İnsanlara hürriyət, millətlərə istiqlal!

27 il sonra Rusiyada tapdığı qardaşı onu evinə buraxmadı - VİDEO

ARB telekanalında yayımlanan "Səni axtarıram" verilişinin ötən günkü buraxılışında təccüblü anlar yaşanıb.

Musavat.com xəbər verir ki, Quba sakini olan Gülnaz adlı xanım itkin düşdüyü deyilən qardaşını tapmaq üçün proqrama müraciət edib.

Onun 27 ildir itən qardaşı Rusiyada tapılıb. Gülnaz çəkiliş heyəti ilə birlikdə qonşu ölkəyə yollanıb. Qardaşı Səfərlə görüşən Gülnaz gözləmədiyi hadisə ilə qarşılaşıb.

Belə ki, 27 il sonra tapdığı qardaşı Səfər onu evinə buraxmayıb. O "Nəvəm evdədir, yatıb" deyərək bacısını evinə qoymayıb.

Daha sonra Gülnaz qardaşını onunla Azərbaycana gəlməsini və ata-anasının məzarını ziyarət etməsini xahiş edib. O isə burada ailəsi, nəvəsi olduğunu və Azərbaycana gələ bilməyəcəyini deyib.

Sözügedən görüntülər studiyada nümayiş olunub. Verilişdə iştirak edən ekspertlər baş verənlərə qarşısında təəəccübləniblər. Onlar Səfərin arvadından qorxaraq bu addımı atdığını bildiriblər.

Ətraflı videoda:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR