İnsanlara hürriyət, millətlərə istiqlal!

2023-cü ildə itirdiyimiz məşhurlar - SİYAHI

Artıq 2023-cü il başa çatmaq üzrədir. Təəssüf ki, bu il Azərbaycan ictimaiyyəti üçün itkisiz ötüşmədi.

Musavat.com 2023-cü ildə vəfat edən məşhurları təqdim edir:

- Azərbaycanın əməkdar artisti, “Toppuş bacı” kimi tanıdığımız Tünzalə Əliyeva - 22 yanvar, uzun sürən xərçəng xəstəliyindən, 49 yaşında;

- Xalq artisti, aktyor Ramiz Novruz - 21 fevral, xərçəng xəstəliyindən, 67 yaşında;

- İlahiyyatçı, din xadimi Hacı Şahin Həsənli - 2 mart, ürək çatışmazlığından, 48 yaşında;

- Əməkdar mədəniyyət işçisi, prodüser, rejissor kimi tanıdığımız Oqtay Əliyev - 22 mart, avtomobil qəzasında, 54 yaşında;

- Akademik Rus Dram Teatrının rejissoru, xalq artisti İranə Tağızadə - 9 aprel, ürəktutmadan, 65 yaşında;

- Akademik Milli Dram Teatrının bədii rəhbəri, xalq artisti Azər Paşa Nemətov - 9 aprel, 75 yaşında;

- Məşhur qarmon ifaçısı, Azərbaycan və Dağıstan Respublikasının xalq artisti Aftandil İsrafilov - 29 aprel, xəstəlikdən, 82 yaşında;

- Kinorejissor, aktyor, Azərbaycanın əməkdar artisti Elxan Qasımov - 29 may, 78 yaşında;

- Tanınmış jurnalist Zülfüqar Hüseynzadə - 18 iyun, ürəktutmadan, 52 yaşında;

- Milli Məclisin deputatı Madər Musayev - 14 iyul; xəstəlikdən, 75 yaşında;

- Tanınmış aparıcı Natavan Babayeva - 20 iyul, onkoloji xəstəlikdən, 45 yaşında;

- Tanınmış jurnalist Mübariz Əhmədov - 13 sentyabr, ürəktutmadan, 54 yaşında;

- Milli Məclisinin deputatı Qənirə Paşayeva - 28 sentyabr, naməlum mənşəli hipotonik vəziyyət, 48 yaşında;

- Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə - 3 oktyabr, 93 yaşında;

- Xalq rəssamı Akif Əsgərov - 18 noyabr, 83 yaşında;

- Tanınmış diplomat Yaşar Əliyev - 8 dekabr, 75 yaşında;

- Azərbaycan teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli xalq artisti Ramiz Məlik - 14 dekabr, xərçəng xəstəliyi, 80 yaşında;

- Əməkdar artist, Gülarə Əliyeva adına “Dan ulduzu” ansamblının ilk skripka ifaçısı Esmira Babayeva - 15 dekabr, 76 yaşında;

- Heydər Əliyev Sarayının keçmiş baş rejissoru, əməkdar mədəniyyət işçisi Gülçöhrə Şəfiyeva - 23 dekabr, şəkər xəstəliyi, 74 yaşında;

- Tanınmış bəstəkar, SSRİ xalq artisti Murad Kajlayev - 23 dekabr, 74 yaşında. (Kult.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR