İnsanlara hürriyət, millətlərə istiqlal!

20 saniyədə baş verən fəlakət: Başı bədənindən ayrıldı - FOTOLAR

Fransada paraşütlə uçuş zamanı baş verən dəhşətli qəza illər sonra pilota qarşı açılan dava ilə üzə çıxıb.

Musavat.com xəbər verir ki, “The Times”ın oxucularına bu gün açıqladığı hadisə 2018-ci ildə baş verib.

Havada düşmə sürətini azaltmaq üçün xüsusi hazırlanmış kostyumla təyyarədən atılıb sərbəst uçuş (Wingsuit uçuşu) həyata keçirmək istəyən 40 yaşlı kişi atladıqdan sonra cəmi 20 saniyə ərzində dəhşətli qəzanın qurbanı olub. 

64 yaşlı pilot Alain C-nin istifadə etdiyi təyyarə iyul ayında şəxsi səfərində 10 paraşütçünü daşıyıb və bu sərnişinlərdən yalnız ikisi "Wingsuit" adlı xüsusi geyimdə tullanmağı planlaşdırıb.

Təyyarə Bulok-en-Quersi şəhəri üzərindən keçərkən təyyarə sərnişinlərdən birincisi Nikolas Qalini yerə atıb. Cəmi 20 saniyə sonra kişinin başı təyyarənin qanadına dəyib və başı bədənindən ayrılıb və Qalinin cansız bədəni tarlaya düşüb. 

Qalinin ölümündən sonra pilot "ehtiyatsızlıqdan adam öldürmə" ittihamı ilə üzləşib, prokurorlar isə dəhşətli qəzaya pilotun səhvlərinin səbəb olduğunu iddia ediblər. Montaubanda hakim qarşısına çıxan pilot hadisəni "həyatımın faciəsi" adlandırıb və heç bir səhv etmədiyini israr edib.

Daha əvvəl 226 dəfə tullanan paraşütçü Qalini uçuş planından yayınmaqda günahlandıran pilot həmin şəxsin öz diqqətsiz davranışının bədəlini ödədiyini deyib: "Bu mənim həyatımın faciəsidir, amma günahkar mən deyiləm. Qali təyyarəyə paralel idi, məncə, uçuş yolum tamamilə məntiqli idi".

Pilotun özünümüdafiəsi prokuror Jeanne Regagnon tərəfindən rədd edilib. Prokurorların 12 aylıq şərti həbs cəzası və 10 min avro cərimə tələb etdiyi pilotla bağlı hökmün noyabrda çıxacağı gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR