Onlayn ictimai-siyasi qəzet
Sosial medianın tanınmış simalarından olan Sibil Çetinkaya ilə məşhur aktyor Şükrü Özyıldızın münasibətinin bitdiyi təsdiqlənib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, cütlük uzun müddətdir ayrılıq dedi-qoduları ilə gündəmdə idi, lakin məsələ ilə bağlı heç bir açıqlama vermirdilər. Nəhayət, Şükrü Özyıldız susqunluğunu pozub.
Məlumata görə, Sibil Çetinkaya münasibətdə ciddi addım atmaq, evlənmək istəyib. Lakin Şükrü Özyıldızın bu məsələyə qətiyyətsiz yanaşması onların yollarını ayırıb.
Ayrılıqdan sonra Çetinkaya anası və bacısı ilə birlikdə Amerikaya gedib.
21 Fevral 2025
20 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ