İnsanlara hürriyət, millətlərə istiqlal!

19 yaşlı tiktoker xərçəngdən öldü - FOTO

Beyin xərçəngi ilə mübarizəsini TikTok-da paylaşaraq minlərlə insana ruh verən 19 yaşlı Anna Qreys Felan dünyasını dəyişib.

Onun ölüm xəbərini ailəsi sosial mediada yayımladığı açıqlama ilə təsdiqləyib.

Felan ilk dəfə keçən ilin sentyabrında beyin xərçəngi diaqnozu aldığını paylaşmışdı. O, TikTok platformasında üzləşdiyi simptomları izləyiciləri ilə bölüşərək xəstəliyin gedişatı barədə səmimi məlumatlar vermişdi. Simptomlar arasında üzünün sol tərəfində və ayağının sağ tərəfində uyuşma, müvazinət pozuntuları və görmə problemləri vardı.

MRT müayinəsindən sonra onun beynində zədə aşkarlanıb və biopsiyanın nəticəsinə əsasən, Felanda aqressiv və sağalmaz sayılan glioblastoma növlü beyin xərçəngi aşkarlanıb.

Ən son yayımladığı videoda o, Tim Teboudan gələn bir hədiyyəni açarkən səhhəti ilə bağlı acı həqiqəti bölüşüb:

"İşlər yaxşı getmir. Şiş böyüyüb, artıq nəfəs almağımda çətinlik yaradır. Onu əməliyyat etmək mümkün deyil. Amma bütün dualarınıza görə təşəkkür edirəm. Bu bir möcüzə olacaq. Mən hələ də imtina etmirəm. Dua etməyə davam etsəniz, inanırım ki, bacaracağam."

Onun həyat dolu paylaşımları və sarsılmaz inancı çoxlarını ilhamlandırdı.*milli.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR