Onlayn ictimai-siyasi qəzet
Moskvada 17 yaşlı məktəbli qız tanımadığı oğlanın verdiyi siqareti çəkdikdən sonra özünü pis hiss etdi və xəstəxanaya yerləşdirilib.
Oleysa (şərti ad) internetdə tanış olduğu Dima (şərti ad) ilə ikinci dəfə görüşərkən bu hadisə baş verib. Onlar Taganskayada görüşüb gəzintiyə çıxıblar. Oğlan siqaret büküb qıza təklif edib. Oleysa siqareti çəkəndən dərhal sonra başı gicəllənib, gözləri qaralıb və ayaq üstə dura bilməyib. Dima hər şeyin qaydasında olduğunu deyərək onu saxlamağa çalışıb. Qız qışqıraraq qaçıb və ətrafdakı insanlar təcili yardım çağırıblar.
Xəstəxanada qıza "dəqiqləşdirilməmiş maddənin toksik təsiri" diaqnozu qoyulub. Hazırda vəziyyəti stabildir. Hadisə ilə bağlı polis Dima adlı gənci axtarır.**Milli.Az
ŞƏRHLƏRŞƏRH YAZ