İnsanlara hürriyət, millətlərə istiqlal!

100 yaşına çatan qadının məsləhəti: Mənim qədər yaşamaq istəyirsinizsə, EVLƏNMƏYİN

100 yaşlı Coys Preston uzunömürlüyün sirrini açıqlayıb. Preston onun kimi 100 yaşına qədər yaşamaq istəyənlər üçün faydalı məsləhətləri sadalayıb.

Publika.az xəbər verir ki, heç vaxt evli olmayan Preston bir əsr yaşamağını məhz subay olmağı ilə əlaqələndirib. Coys heç vaxt evlənməyən uşaqsız qadınların həyat yoldaşına “səbr etmək” məcburiyyətində olmadığı üçün ən sağlam və ən xoşbəxt insanlar olduğunu bildirib.

Preston evli olmasa da, tək deyil; Əksinə, çoxlu dostu var və vaxtının əhəmiyyətli hissəsini onlarla keçirir. Üstəlik, onun kimi 100 yaşında olmaq istəyən gənclərə tövsiyə edir: "Əylənmək üçün çoxlu dostlar qazanın ".

Qeyd edək ki, İngiltərənin Stockport şəhərində yaşayan Coys Preston düz bir əsr əvvəl, 1924-cü ildə anadan olub. Onun 100 illik həyatı rəngarəng məqamlarla zənginidir. Uzun müddət pambıq araşdırma şirkətində çalışan Preston təxminən 90 il pianoda ifa edib və müxtəlif xorlarda oxuyub. Həm də səyahətçi olan Preston dostları ilə dünyanı gəzməyə üstrünlük verir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR