İnsanlara hürriyət, millətlərə istiqlal!

1 il 6 ay erməni əsirliyində qalan həkim vəfat etdi - VİDEO

1 il 6 ay 18 gün boyunca erməni əsirliyində olan həkim Şəmsi Şıxaıliyev vəfat edib. Bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Yaxınlarının bildirdiyinə görə, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olan Şəmsi Şıxəliyev 1993-cü ilin 23 avqustunda ermənilərə əsir düşüb. O zaman o, Bakıda yaşayıb-işləsə də, işğala məruz qalan kəndində yaşayan valideynlərinin köməyinə gəlib və ailəsinin ev əşyalarını çıxararkən kənddə ermənilər tərəfindən əsir götürülüb. 

44 günlük müharibədən sonra başına gələnləri APA TV-yə danışan Şəmsi həkim çəkiliş qrupu ilə əsir saxlandığı Edilli kəndinə (Xocavənd rayonu) gedib, əsirlik həyatından, necə xilas olmasından bəhs edib.

Musavat.com Şəmsi Şıxəliyevin həyat hekayətini əks etdirən telesüjeti təqdim edir:

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR