Onlayn ictimai-siyasi qəzet
Uzun illər Azərbaycanda fəaliyyət göstərən İsrail şirkətinin vergiyə yenə də yarım milyon manata yaxın borcu yaranıb.
Musavat.com xəbər verir ki, “Shikun and Binui-S.B.İ. Infrastructure Ltd” şirkətinin Azərbaycandakı filialının vergiyə 450 min manatdan çox borcu yaranıb.
Şirkət avtomobil yollarının yenidən qurulması, təmiri işləri ilə məşğul olub. Uzun illərdir Azərbaycanda fəaliyyət göstərən şirkətin hələ illər əvvəl də vergiyə külli miqdar borcu yaranmışdı. Vergi amnistiyası zaman şirkətin 1.7 milyon manat vergi borcu silinmişdi.
Bundan sonra fəaliyyətini davam etdirən şirkətin bu gün üçün də yarım milyon manata yaxın vergi borcu yaranıb.
Azərbaycanda bir çox böyük layihələrin icrasını həyata keçirmiş bu şirkətin ləğv edilməsi ilə bağlı da rəsmi məlumat var. Şirkət ləğv edilsə də vergi öhdəliyini yerinə yetirməyib.
Qeyd edək ki, rəsmi məlumatlarda şirkətin təsisçisi kimi Adıgözəlov Elşən Alim oğlunun adı göstərilir.
İ.Muradov
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ