İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasi əxlaqsızlığın müasir təzahür forması

2003-cü ildə aspiranturaya daxil olduğum gündən etibarən ölkədə gedən siyasi proseslər gənc tədqiqatçı olaraq diqqətimi xüsusilə cəlb edirdi. Ötən dövr ərzində müşahidələrimin nəticəsində dəfələrlə bir faktı “çırpaq həqiqət” olaraq özüm üçün müəyyən etmişdim: radikal təfəkkür tərzi apriori olaraq heç bir halda cəmiyyətə barış və inkişaf gətirə bilməz. Radikal təfəkkürün şərti dəyərlər sistemində “əxlaq”, “ədalət”, “rasionallıq”, “millilik”, “obyektivlik” və “sağlam düşüncə” kimi məfhumlar amputasiya olunub.

Bu psevdosiyasətçilərin əsas alətlərinə diqqət yetirin: demaqogiya, emosional manipulyasiya və təhrikedici ritorika. Vəssalam, ötən 30 il ərzində öyrəndikləri və tətbiq etdikləri budur. Türk qardaşlarımız belə məqamlarda yaxşı deyirlər: yazıqlar olsun! Sahib olduqları manyakal, əsassız ambisiya və xain xislətləri səbəbindən onların inkişafı çoxdan dayanıb. Bu siyasətciklərin əlindən həmin alətlər (demaqogiya, emosional manipulyasiya və təhrikedici ritorika) alınsa, onlar dərhal sadəcə “lal ördəyə” çevrilmiş olarlar. Əlbəttə ki, bu cür şəxslər oynadıqları bütün qərəzli tamaşalarına rəğmən heç bir zaman xalqın, xüsusilə də tərəqqi və müasir düşüncəli gənclərin dəstəyini qaza bilməzlər.

Mövzuya təkrar olaraq qayıtmağı vadar edən məqam kiçik, eyni zamanda olduqca əlamətdar olan bir siyasi fraqmentdir.

Ölkənin siyasi münasibətlər sistemində hələ də özünə yer tapa bilməyən bizim bu bəlalı siyasətciklər yenə də və yenə də köhnə, çeynənilmiş və artıq cəmiyyəti kifayət qədər bezdirmiş “boykot” mahnılarını oxumağa, eyni qeyri-milli ladda “gəzişmələrə” başlayıblar.

Bu barədə kifayət qədər yazmışıq, əslində bu cür yaramaz “boykot” oyunlarına cəmiyyətinin münasibətini əks etdirən yazılar ölkənin informasiya məkanında kifayət qədər çoxdur. Təkrarçılığa yol verməmək üçün mövcud halda diqqətinizi cəmi bir epizoda yönəltmək istərdik. Həmin bu epizod bilavasitə siyasi əxlaqsızlığın təcəssümü hesab oluna bilər.

Potensialı, resursu, fəaliyyətlərinin nəticəsi, ictimai dəstəyi olmayan, dayanıqlı elektoratını hələ də formalaşdıra bilməyən və ötən dövr ərzində öz mövcudluğunu yalnız ucuz demaqogiya ilə qoruya bilən bir dəstəcik, habelə sosial şəbəkə “robinqudları” sən demə, seçkilərə boykot elan edirlər. Bunun tək bir adı ola bilər: siyasi əxlaqsızlıq.

Sadə həqiqətdir ki, yalnız cəmiyyətin böyük hissəsini özündə birləşdirən hər hansı bir real siyasi qüvvə seçkilərdə iştirak etməkdən imtina etdiyi halda söhbət həqiqi boykotdan gedə bilər. Nəticələrə real təsir etmək iqtidarında olan qüvvə boykot elan edərək hansısa seçkidə iştirak etməkdən imtina edə bilər. Daha aydın təsvir etmək üçün təsəvvür edin ki, Azərbaycanda YAP kimi nəhəng siyasi qüvvə seçkilərə getməkdən imtina edir. Əlbəttə ki, bu seçkilərin nəinki nəticələrinin obyektivlik dərəcəsinə təsir edə bilər, ümumiyyətlə seçkilərin keçirilməsini mümkünsüz edər. Bax, bu olar əsl boykot!

Qeyd olunanlar müstəvisində yuxarıda söylədiyimiz maraqlı və əlamətdar epizoda qayıdaq. İnformasiya resurslarında seçkilərlə bağlı gördüyüm “danışan” rəqəmlərə siz də diqqət edin. Cəmi bir neçə gün keçməsinə rəğmən artıq 22 siyasi partiya seçkilərdə iştirak etmək istəyini bəyan edib və səlahiyyətli nümayəndələrinin adlarını Mərkəzi Seçki Komissiyasına təqdim edib. Seçkilərə qatılmaq istəyən siyasi partiya nümayəndələrinin sayı isə artıq 260 nəfərə çatıb. Təkrar olaraq xatırladaq ki, seçkilərin elan olunmasından cəmi bir neçə gün keçib və sözsüz ki, bu göstəricilər artacaqdır. Qeyd olunan fakt ölkəmizdə yaşanan siyasi aktivliyin göstəricisidir. Bu o deməkdir ki, əhali öz seçimini edib və onun seçimi demokratik münasibətlərdir, demokratik dəyərlərdir və milli birlikdir. Əslində bu fəallıq və bu cür aktivlik qeyd etdiyimiz kimi inkişafı ötən əsrin səksəninci illərində dayanmış radikallara və radikal düşüncə tərzinə “bay-bay” deməkdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

28 Oktyabr 2024

23 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

07 Oktyabr 2024

02 Oktyabr 2024

30 Sentyabr 2024

25 Sentyabr 2024

17 Sentyabr 2024

16 Sentyabr 2024

12 Sentyabr 2024

10 Sentyabr 2024

06 Sentyabr 2024

03 Sentyabr 2024

02 Sentyabr 2024

30 Avqust 2024

28 Avqust 2024

23 Avqust 2024

19 Avqust 2024

14 Avqust 2024

12 Avqust 2024

08 Avqust 2024

24 Iyul 2024

22 Iyul 2024

18 Iyul 2024

15 Iyul 2024

08 Iyul 2024

03 Iyul 2024