Onlayn ictimai-siyasi qəzet
Bu həyasızlığın başqa həddidir.
Rusiyanın Azərbaycana qarşı növbəti şantajı, təhdidi və hədsizliyidir.
Guya, Lənkaran rayonundan olan bir qrup soydaşımız Rusiyanın Azərbaycandakı səfirliyinə gül göndəriblər, Ukraynada öldürülən işğalçı ordunun hərbçilərinin xatirəsini yad ediblər. Üstəlik də, həmin hərbçilərin fotosu olan xatirə lövhəsi hazırlayrq, onu səfirliyə təqdim ediblər.
Buradan sadəcə separatizm qoxusu gəlir.
Hər kəs bilir ki, Rusiya və İranın ortaq proyekti olan Talış Muğan qondarma respublikası xülyasında olan vətən xainləri, separatçıların bir qismi Rusiya tərəfindən himayə olunmaqdadırlar.
Azərbaycan ictimaiyyətindəki anti-rus havasına qarşı bu cür təxribat xarakterli mesaj verilməsi, Ukraynanın ərazi bütövlüyünə dəstək verən Azərbaycan hakimiyyətinə təzyiq məqsədi daşıyır.
Rus çarı və onun tör-töküntüləri bilməlidir ki, talış xalqı bizim bir parçamızdır, biz eyni bulaqdan, eyni kökdən gələn vahid bir millətik.
Bəzi xəyanətkar ünsürləri, Azərbaycan xalqı əleyhinə, milli bütövlüyümüzə qarşı istifadə etmək cəhdləri uğursuz olacaq.
Rus imperializminin regionda və dünyada “parçala, hökm sür” formatına əsaslanan qanlı işğal siyasəti, bumeranq kimi özünü vuracaq.
Elnur Məcidli,
Musavat.com
19 Mart 2024
11 Mart 2024
23 Fevral 2024
17 Fevral 2024
08 Fevral 2024
06 Noyabr 2023
14 Noyabr 2022
10 May 2022
14 Mart 2022
ŞƏRHLƏRŞƏRH YAZ