İnsanlara hürriyət, millətlərə istiqlal!

Radikal düşərgənin bitməyən paxıllığı və manipulyasiya sevdası

Siyasi münasibətlər müstəvisində və ümumiyyətlə dövlətimizin müasir tarixində müxtəlif əlamətdar hadisələr yaşandıqca, habelə bu və ya digər konkret məsələlər ilə bağlı yaramaz demaqoqların çirkin manipulyasiyalarını gördükcə təkrar-təkrar o qənaətə gəlirsən ki, radikal təfəkkürün cəmiyyətə püskürdüyü ideoloji zəhərə qarşı siyasi maarifləndirmə işi ən optimal və ən ideal demokratik mübarizə üsuludur. Bəli, məhz mübarizə üsuludur. Çünki, gələcək, sabitlik və dayanıqlı inkişaf naminə dövlətə və dövlətçiliyə qarşı yönəlmiş istənilən hal ilə məhz mübarizə aparılmalı və sərt mövqe nümayiş olunmalıdır.

Qərəzli manipulyasiyalarının alətinə çevrilməmək üçün cəmiyyət obyektiv mənzərəni görməli, hərarətli emosiyalardan sığortalanmalı və baş verən hadisələri adekvat dəyərləndirməyi bacarmalıdır. Əlbəttə ki, bu məsələdə siyasi maarifləndirmə işinin rolu əvəzolunmazdır. Odur ki, siyasi maarifləndirmə siyasətdə hər-hansı bir tərəfi tutmur, o sadəcə cəmiyyətin gözünü açır və qərəzli manipulyasiyaların nəticəsində atıla biləcək hər-hansı bir emosional addımlardan cəmiyyəti qoruyur. Elə buna görə də radikal təfəkkür siyasi maarifləndirmədən od sudan qorxduğu qədər çəkinir.

Əlbəttə ki, siyasi maarifləndirmənin gücü və gözəlliyi peşəkar təhlil və obyektiv yanaşmadadır. Bunun üçün mülahizələrdə konkret fakt və sitatlara istinad olunmalıdır ki, vətəndaş real mənzərəni görə və hətta onu hiss edə bilsin. Ötən dövr ərzində davranış və əməllərin nəticəsində aid olduqları düşərgə ilə əlaqədar cəmiyyətdə yalnız neqativ assosiasiyalarının yaradılmasına nail olmuş radikal təfəkkürlü demaqoqlar bu dəfə də öz xislətlərinə sadiq qaldılar. Bəli, təəssüf ki, onlar nəinki öz tərəfdaşlarını, hətta cəmiyyəti belə yalanlara alışdırıblar. Ancaq bu cür “alışqanlıq” çox acıdır və pis nəticələnə bilər. Çünki bunun nəticəsində məsuliyyət hissi tamamilə itə bilər. Siyasətçinin məsuliyyət hissinin itməsi isə cəmiyyət üçün təhdid yarada biləcək proseslərin əvvəli ola bilər.

 Razılaşın ki, qonşu qapıdan toy, ad günü və ya hər-hansı bir digər gözəl səbəbdən eşidilən sevinc səslərinə görə paxıllıq, kin və təkəbbürdən doğan kiminsə məyusluğunun şahidi olmaq insaniyyəti tükəndirən acı mənzərələrdən biridir. Bəhs etdiyimiz düşərgənin lidercikləri yenə də bu cür məyusedici mənzərəni bizə yaşadırlar. O düşərgənin bayrağını tutmaq xəyalını gizli yaşayan Fuad Qəhrəmanlı öz sosial şəbəkə səhifəsində 8 avqust tarixi ilə əlaqədar “qibtəedici” mülahizələrini bölüşüb. Ancaq etiraf etməliyik ki, Qəhrəmanlının həqiqətən də Kərimlidən bir üstünlüyü var. O, öz rəhbərindən fərqli olaraq demir ki, internet blokadası şəraitində yaşayır. Beləliklə Kərimli ilə müqayisədə onun yalanlarının sayı ən azından bir dənə daha azdır. Böyük “demokratik” nailiyyətdir.

 Adını çəkdiyimiz bu “analitik” öz “Geopolitikanın sonu” adlı cızma-qarasında iddia edir ki: “Ermənistanla sülh sazişinin Vaşinqtonda paraflanması, Zəngəzur dəhlizinin Tramp yoluna çevrilməsi və Azərbaycanın Rusiyadan uzaqlaşıb ABŞ-la strateji partnyorluq barədə memorandum imzalaması, xalq olaraq bizim üçün geopolitikanın sonunun çatması deməkdir.” Hətta ziyalı müəllim belə tələbənin dilindən bu cür “ağıllı” fikirləri eşitsə üzündəki təbəssümü gizlədə bilməzdi.

Coğrafiyanı heç kim ləğv edə bilməz. Odur ki, dövlətin sərhədləri və coğrafiya var olduqca geopolitika da olacaq və öz tükənməz aktuallığını əbədi olaraq qoruyacaqdır. Burada mütləq olaraq Prezident İlham Əliyevin iyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda çıxış etdiyi zaman səsləndirdiyi fikri yada salmalıyıq: “Çünki siz coğrafiyanı dəyişə bilməzsiniz. Amma coğrafiya heç də hər zaman o demək deyil ki, coğrafi mövqeyiniz sizə tərəqqi gətirəcəkdir. Siz coğrafiyanızdan yaxşı məqsədlər üçün istifadə etməlisiniz.” Təkəbbür və maniakal ambisiyalarında boğulmaqdansa radikal düşərgənin “ağıl verənləri” dövlət başçısı geopolitikadan onlara verdiyi bu dərsdən doğru nəticələr çıxartsınlar və əldə olunmuş uğurların qorunmasında iştirak etsinlər. Vətənpərvər siyasətçinin millətə xidməti bundadır, cəmiyyətdə ixtilaf yaratmaqda deyil. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

25 Avqust 2025

18 Avqust 2025

15 Avqust 2025

13 Avqust 2025

05 Avqust 2025

30 Iyul 2025

24 Iyul 2025

17 Iyul 2025

04 Iyun 2025

16 Aprel 2025

19 Mart 2025

12 Mart 2025

07 Mart 2025

28 Fevral 2025

11 Fevral 2025

05 Fevral 2025

22 Yanvar 2025

13 Yanvar 2025

20 Dekabr 2024

13 Dekabr 2024

06 Dekabr 2024

29 Noyabr 2024

28 Oktyabr 2024

23 Oktyabr 2024

11 Oktyabr 2024

10 Oktyabr 2024

07 Oktyabr 2024

02 Oktyabr 2024

30 Sentyabr 2024

25 Sentyabr 2024