Onlayn ictimai-siyasi qəzet
Artıq 4-cü onillikdir ki, iyulun 27-də Ermənistan ictimaiyyəti “Lissabon 5” adlı anım mərasimi keçirir. Bu mərasimi Amerika Birləşmiş Ştatları, Fransa, Livanda yaşayan ermənilər də keçirir. Mərasimlərdə adətən erməni ruhaniləri (ruhani demək olarsa) “öz ləyaqətli ölümləri ilə erməni icmasını sarsıtmış azadlıq uğrunda canlarından keçən qəhrəmanlar”ın “şərəf”inə rekviemlər söyləyir.
Bəs nədir bu “Lissabon 5” olayı?
Bundan düz 40 il öncə - 1983-cü il iyulun 27-də 5 erməni (Sarkis Abrahamyan, Setrak Acemyan, Vaçe Dağlıyan, Ara Kurcuhliyan və Simon Yahneyan) Lissabondakı Türkiyə səfirliyinə girərək, müvəqqəti işlər vəkilinin həyat yoldaşı Cahidə xanım Mıxıçoğlunu və 17 yaşlı oğlu Atasayı girov götürüb. Portuqaliyanın Baş naziri Mario Soares işi şəxsi nəzarətinə götürüb və olay yerinə göndərdiyi 200-ə yaxın polis səfirliyin binasını mühasirəyə alıb. Erməni terrorçuları diplomatın xanımını və bir Portuqaliya polisini qətlə yetirərək, özləri ilə bərabər binanı partladıb. Hadisəyə ABŞ Prezidenti Ronald Reyqan da münasibət bildirib. Terrorçuların xanımı qətlə yetirməsi ona çox təsir edib.
ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü Oliver North terrorçuların neytrallaşmasına yönəlmiş Milli Təhlükəsizlik Qərarları Direktivi (MTQD) hazırlayıb. 138 saylı həmin MTQD ABŞ-ın “özünü terrorçulardan qoruma hüququ”nu ifadə edir.
O qanlı hadisədən keçən onilliklərdə baş verən çoxsaylı qanlı olaylar təkrar-təkrar sübut etdi ki, ermənilərin ən yaxşı bacardığı iş terrordur. Onlar terror edir, soyqırım aktı törədir, neofaşistlik, işğalçılıq, separatçılıq edir və sonra da terrorçuları, separatçıları qəhrəmanlaşdırırlar. İrəvanın, Ermənistan digər şəhərlərinin küçə və meydanları türrorçuların heykəlləri, büstləri və adı ilə “süslənib”.
Biz dəqiq bilirik ki, Ermənistanın, dünya erməniliyinin anladığı tək üsul var: başları üstə Dəmir Yumruq olmalıdır! Vəssalam.
22 Sentyabr 2023
27 Avqust 2023
02 Avqust 2023
27 Iyul 2023
26 Iyul 2023
14 Iyun 2023
02 Iyun 2023
ŞƏRHLƏRŞƏRH YAZ