Onlayn ictimai-siyasi qəzet
Aforizmə çevrilmiş olduqca real, adekvat və hətta müdrik olan bu ifadənin məhz indiki məqamda təkrarlanması bəziləri üçün faydalı ola bilər. Parlament seçkiləri artıq bitib və keçirilmiş seçkilərin ilkin rəsmi nəticələri bəyan olunub. Əlbəttə ki, sözügedən mövzu hələ bir müddət sosial şəbəkələrdə aparılan diskussiya və qərəzli manipulyasiyaların əsas mövzusu kimi qalacaqdır. Zarafat və demaqogiyaların mövcudluğu da seçki kimi mürəkkəb siyasi proseslər üçün olduqca normal təcrübədir. Ancaq bütün bunlara rəğmən hər bir vətəndaş üçün önəmli məsələ odur ki, o qərəzli manipulyasiyaların tələsinə düşməsin və baş verən hadisələri adekvat, başlıca olaraq, obyektiv dəyərləndirə bilsin.
Sonsuz informasiya axını şəraitində müasir cəmiyyətlər üçün strateji əhəmiyyət daşıyan siyasi maarifləndirmə vəzifəsinin icrası kontekstində növbəti yazılarımızda keçirilmiş seçkilərə müxtəlif aspektlərdən toxunacağıq. Vətəndaş mütləq olaraq qərəzli və emosional manipulyasiyalardan sığortalanmalıdır. Bu mənada ölkəmizdə bütün çirkli manipulyasiyaların müəllifi olan radikal düşərgənin “papağını” başına keçirən AXCP-nin seçkilərlə bağlı ilk reaksiyasına diqqət yetirək.
Belə ki, başı dumanlı adını qeyd etdiyimiz bu bəlalı partiyanın seçkilərlə bağlı verdiyi bəyanata diqqət yetirək. Bəyanatın əsas leytmotivi, “Meşdibatın” oxuduğu “Tarixi-Nadir”dəki kimi, birinci cümləsindədir. Və bu ilk cümləyə görə, sən demə, AXCP bu seçkilərin nəticələrini tanımırmış. Unikal bəyanatdır və hətta “qibtəedici” sırtıqlıqdır. Bu cür bəyanat növbəti dəfə AXCP-nin siyasi arsızlıq və cığallığının təzahürüdür. Seçkilərdə iştirak etməyən və öz aləmində onu “boykot” elan etmiş partiyanın artıq yekunlaşmış bu prosesi tanımamağı üçün hər hansı bir haqqı varmı? Əlbəttə ki, yox. Əslində, heç kim üçün sirr deyil ki, “boykot” seçkidən sonra müxtəlif manipulyasiyalara şərait yaradan siyasi texnologiyadır.
Kirli oyun aparanların ağ yalanları bununla da bitmir. Radikal düşüncə tərzi pozulmuş təfəkkürün aynasıdır, burada həqiqət apriori yaşanmaz. Zavallı radikalların bəyanatında öz əksini tapmış növbəti cümləyə diqqət yetirin: “AXCP hər zaman seçkilərdə iştirakdan yana olub”. Bu cümlə bir daha onu göstərir ki, həqiqətən də radikalçılıq xəstəliyinə düçar olanlar adekvatlığı itirir və illər ərzində dedikləri yalanlara artıq özləri də inanmağa başlayırlar. Bu cür sözlərdən sonra ölkənin sıravi və gənc vətəndaşı “müxalifətin başbilənlərə” necə inansın? Reallıq hissi, rasionallığı və adekvatlığı itirmiş siyasət heç bir zaman rəğbət qazana bilməz.
Sosial şəbəkələr sayəsində Azərbaycan ictimaiyyəti onsuz da seçki mövzusundan kifayət qədər bezib. Odur ki, oxuyucunu yormadan daha bir neçə məqama toxunaraq mövzunu bitirək. Adını çəkdiyimiz partiya öz bəyanatında qeyd edir ki, dövlət büdcə təşkilatlarında çalışan işçilərə inzibati təzyiq göstərməklə onları səsverməyə cəlb edib. Onların bu cür iddiaların əsassız olduğunu sübut edən statistikaya müraciət edək. Belə ki, Mərkəzi Seçki Komissiyasının rəsmi açıqlamasına əsasən respublika üzrə 2 milyon 196 min 771 nəfər səs verib, yəni seçici fəallığı 37.27 faiz təşkil edib. Burada, təbii bir sual yarana bilər: əgər inzibati resurs istifadə olunsa idi və müxtəlif müəssisələrdə çalışan əməkdaşlardan seçkilərdə iştirak edilməsi tələb olunsa idi, bu cür rəqəmlərə şahidlik edərdikmi? Bu cümlələri oxuyan hər kəs əlini ürəyinin üzərinə qoyaraq deyə bilərmi ki, o çalışdığı müəssisədə əməkdaşlardan seçkilərdə iştirak olunması tələb olunmuşdur. İnzibati resurs istifadə olunan yerdə zəif seçici fəallığının mövcudluğu mümkünsüzdür.
Bəli, Azərbaycan ictimaiyyəti zavallı siyasətciklərin oyunbazlığına artıq alışıb və bu cür oyunlara qarşı əhalinin ictimai təfəkküründə hətta immunitet formalaşıb. Bu səbəbdən də onların kirli oyunlarına bir tamaşaçı gözü ilə baxan vətəndaşlarımız çox gözəl bilir ki, bütün demaqogiyalarının aləti olan emosiyalara qapanmaq olmaz. Obyektiv həqiqət naminə kirli oyunlarının ifşasına davam...
28 Oktyabr 2024
23 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
07 Oktyabr 2024
02 Oktyabr 2024
30 Sentyabr 2024
25 Sentyabr 2024
17 Sentyabr 2024
16 Sentyabr 2024
12 Sentyabr 2024
10 Sentyabr 2024
06 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
30 Avqust 2024
28 Avqust 2024
23 Avqust 2024
19 Avqust 2024
14 Avqust 2024
12 Avqust 2024
08 Avqust 2024
24 Iyul 2024
22 Iyul 2024
18 Iyul 2024
15 Iyul 2024
08 Iyul 2024
03 Iyul 2024
ŞƏRHLƏRŞƏRH YAZ