İnsanlara hürriyət, millətlərə istiqlal!

"Zülfiyyə dedi ki, belə danışma, elə bilərlər dəli olmusan"

"Çoxdan sənətə qayıtmışam, amma gic-gic verilişlərə çıxmaq istəmirdim. Hamı fikirləşirdi ki, yoxam. Yox. Oxuyurdum, tədbirlərə, şou-proqramlara gedirdim. Son vaxtlar efirə çıxmırdım".

Bu sözləri müğənni Samir Bağırov "Pərvizə görə" verilişində deyib.

Sənətçi sənətdən uzaqlaşmasından danışıb. O bildirib ki, bir müddətdir qayıtsa da, verilişlərə çox çıxmaq istəmir:

"Çox maraqlı layihələr olmalıdır. Əslində, sənət adamı belə olmalıdır. Həmişə iş rejimindədirsə, bu sənət insanı yox, zombi kimidir, biznes sayılır. Mən özümü şou-biznesə aid hiss etmirəm. İncəsənət mənə daha yaxındır. Bəlkə də mən "naftalin"əm. Amma nəsə belədir. İndi istedadlı uşaqlar çoxdur, problem odur ki, hamısı sənətə biznes kimi yanaşır. Əsl sənət adamları barmaqla sayılacaq qədərdir. Bu, tək Azərbaycanın yox, dünyanın problemidir. Heç nə elə-belə olmur, deməli belə olmalıydı. Fikirləşirsiniz ki, mən tənbəllik edirdim. Beyində yenilənmə oldu, indi hər şeyə fərqli yanaşıram. İndiki Samir Bağırov əvvəlki kimi deyil. Bəlkə də vaxt gəldi. Bu simvolu görürsünüz?

Bu, təbii şir dişidir, Meksikadan gətirilib, qəbilələrdən gəlib. Mənə Amerikadan hədiyyə gəlib. Qoruyur, saxlayır, belə şeylərə çox inanıram”.

S.Bağırov meditasiya etdiyini açıqlayıb:

"Numerologiyaya, astrologiyaya marağım var. Axırıncı dəfə Zulyaya (Zülfiyyə Xanbabayeva – red.)  reinkarnasiya barədə danışırdım. Dedi ki, Samir, ölməkdən çox qorxuram. Başladım ona başa salmağa ki, reinkarnasiya nədir, həyata yenidən gələ bilirik. Zulya susdu, sonra dedi ki, ay Samir, hamı ilə belə danışma, fikirləşərlər dəli olmusan. Ona görə bu barədə çox danışmaq istəmirəm. Vaxtı gələndə hər şeyi başa düşərsiniz. İnsanlar inanmırlar, lakin ölümdən sonra hər şey davam edir".   (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Yanvar 2025

28 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR