İnsanlara hürriyət, millətlərə istiqlal!

"Zirə" Konfrans Liqasında çıxışını qələbə ilə başa vurdu

İlk yayın vaxtı 19:35

"Zirə" cari mövsüm UEFA Konfrans Liqasında sonuncu oyununu keçirib.

"Report"un məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin cavab matçında Bakıda Kiprin "Omoniya" klubunu qəbul edib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

79-cu dəqiqədə Rafael Utziq fərqlənib.

Səfərdə rəqibinə altı cavabsız qolla uduzan "Zirə" avrokubokla vidalaşmalı olub. 

***

Bakıda "Zirə" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi qonaqları mərkəzə dəvət edib.

79-cu dəqiqədə Rafael Utziq fərqlənib.

***

Bakıda «Zirə» və Kiprin «Omoniya» komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

Qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü Latviyadan olan hakim Vitaliys Spasyonnikovs idarə edir.

Qeyd edək ki, tərəflər arasındakı ilk oyunda Kipr təmsilçisi 6 cavabsız qolla qalib gəlib.

***

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

Musavat.com fanat.az-a istinadla xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən, tarixində ilk dəfə pley-offda iştirak edən "Zirə" də növbəti oyununa çəxacaq. 

Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv cavab matçında Bakıda Kiprin "Omoniya" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma saat 20:00-da start götürəcək. Görüşü Latviyadan olan hakim Vitaliys Spasyonnikovs idarə edəcək.

Qeyd edək ki, Nikosiyadakı ilk oyunda təmsilçimiz 6 cavabsız qolla məğlub olub.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu
29 avqust

20:00. "Zirə" - "Omoniya" (Kipr)
Hakimlər: Raymond Tatrix, Artur Şakurov, Aleksandr Anufriyev
Mərdəkan. "Liv Bona Dea Arena".                                  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR