İnsanlara hürriyət, millətlərə istiqlal!

Zərdabda qanunsuz ov edən şəxslər saxlanılıb

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən şəxs saxlanılıb.


Bu bardə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin şəxsdən qanunsuz olaraq ovladığı ov quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində keçirilən nəzarət tədbirləri nəticəsində 4 rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkarlanıb.


Faktlarla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR