İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizinin taleyində kritik həftə - Hansı qərar veriləcək...

Zəngəzur dəhlizi ermənilərin qorxulu röyası olaraq qalır. Halbuki söhbət Ermənistanın, nəhayət, təcriddən çıxıb inkişafa üz tutması şansından gedir ki, buna da sevinməlidirlər.

“Görünür, Sünik (Qərbi Zəngəzur - red.) bölgəsində dəhliz açmaq mövzusu bağlanmayıb”.

Bu barədə yerli “Joxovurd” qəzeti yazıb. “Məsələ burasındadır ki, bütün geosiyasi mərkəzlər bu dəhlizdən danışmağa, hər açıqlamada öz nöqteyi-nəzərlərindən söz açmağa davam edirlər. Görünən odur ki, dünyada Ermənistanın bu dəhlizi Azərbaycana verməsi ilə bağlı konsensus var, amma onun hansı sənəd əsasında və hansı statusda olması ilə bağlı konsensus yoxdur”, - nəşr qeyd edib.

Qəzet daha sonra yazır: “İndiyədək Nikol Paşinyan Azərbaycana yol verəcəyini inkar etmir, ancaq ”dəhliz" terminini işlətməkdən yayınır. Bu baxımdan oktyabrın sonunda Brüsseldə keçiriləcək görüş həlledici əhəmiyyət kəsb edir və dəhliz-yolun hansı sənəd əsasında veriləcəyi də məhz orada həll olunacaq. Rusiya prezidenti V.Putin həmişə bəyan edib ki, yolların açılması regiona müsbət təsir göstərə bilər. ABŞ tərəfi isə Ermənistanın suverenliyinin qorunmasından danışır. Avropa tərəfi də tez-tez oxşar bəyanatlar verir. “Aİ Ermənistanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir”, - deyə Avropa Parlamentinin rəhbəri Roberta Metsola oxşar bəyanatla çıxış edib. Beləliklə, vəziyyət onu göstərir ki, Ermənistanın bu dəhlizi Azərbaycana təhvil verməsi ilə bağlı geosiyasi konsensus var, lakin Qərb heç bir halda onun Rusiyanın nəzarətində olmasını istəmir. Nəyin bahasına və kimin nəzarətində olacağı bu ayın sonunda Brüsseldə bəlli olacaq",- deyə məqalədə iddia olunur.

Doğrudan da belə bir qərar mümkünmü? O zaman İranın, Fransanın reaksiyası nə olacaq? Yada salaq ki, oktyabrın sonuna Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı rəhbərlərinin (İlham Əliyev, Nikol Paşinyan və Şarl Milşel) iştirakı ilə növbəti üçtərəfli görüş gözlənilir.

Azər Badamov: Separatçılar silahları yerə qoyaraq dialoq üçün  yalvarmasalar, antiterror əməliyyatı zəruri olacaq Pravda.az

Azər Badamov: “Zəngəzur dəhlizinin açılması böyük bir coğrafiyanı maneəsiz birləşdirir”

Deputat Azər Badamov bildirdi ki, Zəngəzur dəhlizinin açılması 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın tərkib hissəsidir. Ermənistan bu sənədə imza atanda Azərbaycanın Şərqi Zəngəzuru ilə Naxçıvan arasında manesiz keçidin yaradılmasına və bu keçidin təhlükəsizliyini Rusiya Federal Xidməti tərəfindən təmin olunacağına öhdəlik götürüb. Ona görə də Rusiya Zəngəzur dəhlizinin açılmasını və orda nəzarət etmək üçün federal xidmətinin əməkdaşlarını yerləşdirmək niyyətindədir. Zəngəzur dəhlizinin açılması ilə həm də Rusiyanın Türkiyəyə quru yolu açılır. Bu gün yaranmış yeni reallıqda Rusiyanın ənənəvi marşurtlar üzrə hərəkət etməsində çətinliklər yaranıb. Zəngəzur dəhlizinin açılması Rusiyaya yeni iqtisadi əməkdaşlıq imkanlarını genişləndirmək imkanını verir. Türkiyə də Zəngəzur dəhlizinin açılmasını israrla Ermənistandan tələb edir. Zəngəzur dəhlizinin açılması böyük bir coğrafiyanı manesiz birləşdirir və bu, bütün xarici aktorlar üçün maraqlıdır. Amma İran bu dəhlizin açılmasının əleyhinədir. Çünki, İran istəyir ki, bu yol ancaq öz ərazisindən keçsin və beynəlxalq daşımalardan gəlir götürsün. Zəngəzur dəhlizinin açılmasını həm də Qərb istəmir. Qərb Rusiyanı Ermənistandan sıxışdırıb çıxartmaq niyyətindədir. Zəngəzur dəhlizi açılacağı təqdirdə Rusiyanın Ermənistanda mövqeləri möhkəmlənir. Bütün bu maraqları nəzərə alsaq, bu gün Zəngəzur dəhlizinin açılması Azərbaycandan çox Asiya və Avropa üçün vacib lahiyə olmalıdır. Azərbaycan üçün isə Zəngəzur dəhlizi açılmayacağı təqdirdə yol statusu ilə Ermənistan ərazisindən keçmək o qədər də maraqlı deyil. Çünki yol statusu ilə kommunikasiya açılmaqdansa ölkəmizə İran ərazisindən keçmək daha təhlükəsiz və sərfəlidir.  Həm də İrandan keçəcək yolla bağlı Araz çayı üzərində kommunikasiyaların tikintisinə başlanıb. Ermənistanla sülh müqaviləsi imzalanmadan və sərhədlər delimitasiya-demarkasiya olunmadan kommunikasiyaların açılması mümkün olmayacaqdır. Kommunikasiyaların açılması üçün ilk növbədə sərhədlər müəyyənləşməli və yolda hərəkətin təhlükəsizliyinə zəmanət olmalıdır. Ermənistan bu zəmanəti vermək iqtidarında deyil. Ona görə də yol anlamı ilə Ermənistanla kommunikasiyaların açılması hələ ki, real görünmür. Azərbaycanla İran arasında yolun açılması ilə bağlı tikinti işlərinə start verilməsi Ermənistanı narahat etməyə başlayıb. Çünki Ermənistan 30 ildə blokada şəraitində batmaqdadır. Ermənistanın Rusiya ilə yeganə bağlantısı Gürcüstan ərazisindədir. Bu yol dağlıq ərazilərdən keçdiyinə görə havalar sərtləşən kimi dayanır və hərəkətdə böyük fasilələr yaranır. Azərbaycan ərazisindən kommunikasiyalardan istifadəsinə nail olarsa Ermənistanın dünyaya qapıları açılır. Belə ki, Zəngəzur dəhlizin açılması Ermənistanın Türkiyəyə də qapıların açılmasına yol açacaq. Ona görə də Ermənistan Zəngəzur dəhlizin açılmasına razılıq verəcəyinə ehtimal böyükdür. Ermənistan sadəcə dəhliz ifadəsini işlətməkdən qorxur. Lap adı dəhliz olmasa da Qərbi Zəngəzurdan manesiz keçidimiz olarsa bu da dəhliz deməkdir. Ayın sonunda Brüsseldə gözlənilən görüşdə bu məsələlərin də müzakirə olunacağını hesab edirəm".

Rusiya sülhməramlı qüvvələrinin Ermənistanla əlaqələri kəsilməlidir" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə: “Azərbaycan artıq çıxış yolu tapdı və...”

MCP sədrinin müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə Ermənistanın yayınmalarının nəticə verməyəcəyini qeyd etdi: “İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizinin açılmasına Ermənistan getmədi. Hər vəchlə prosesdən yayındı. Təbii ki, dəhlizə Rusiya FTX nəzarət etməlidir. Əldə edilmiş razılaşmalar bu yöndə idi. Amma Paşinyan məhz Rusiyanın burada roluna görə dəhliz terminini qəbul etmədi. Ümumiyyətlə, Paşinyan yolun Ermənistanın yurisdiskiyasında olmasının sadələşdirilmiş əsasda olacağını vurğulayır. Hazırda yola kimin nəzarət edəcəyi isə, Ermənistan və Rusiya arasında problemdir. Azərbaycan artıq İran ərazisindən Türkiyə ilə birgə Zəngəzur dəhlizinin bir seqmentini razılaşdırdı. Azərbaycan üçün artıq fərqi yoxdur, Arazın o tayı, ya bu tayı. Ermənistan Azərbaycan və İranla razılaşdırılmış yoldan istifadə edə bilməyəcək. Ermənistan dəhliz vermirsə, Azərbaycan niyə təhlükəli olan, müstəqil olmayan Ermənistan ərazisindən istifadə etməlidir?! Ermənistan rəhbərliyi və Qərbdə bir çox mərkəzlər təlaşdadır ki, Ermənistan yenidən blokadada qalacaq. Brüsseldə Azərbaycan dəhlizi yenidən gündəmə gətirəcək. Düşünürəm ki, Paşinyan dəhlizin əleyhinədir. Burada yenidən sadələşdirilmiş yol təklifini irəli sürəcək. Həmçinin yalnız Ermənistanın nəzarəti əsasında. Azərbaycan belə bir təklifi qəbul etməməlidir. Proses mürəkkəbdir və Ermənistan özü çıxış yolu tapsın. Azərbaycan artıq çıxış yolu tapdı və İranla memarandumu imzaladı. Rusiya, əlbəttə, yola özü nəzarət etməyə çalışır. Rusiya rəsmiləri daima Zəngəzur məsələsini qaldırırlar. Qərb Rusiyanın dəhlizə nəzarətinin əleyhinədir. Tamam Rusiya olmasın. Ermənistan dəhliz versin. Amma, Ermənistan dəhliz də vermir. Problem budur. Sadəcə adi kommunikasiya və yolların açılmasında durur. Bu, Azərbaycanın nəyinə lazımdır? Bu, Ermənistana lazımdır. Ermənistanın təhlükəsizliyə təminat verəcək kimi açıqlamaları sadəcə söz yığınıdır. Azərbaycan və Türkiyə İran ərazisində təhlükəsizlik şəkildə yoldan rahat istifadə edəcək. Qərb Ermənistanı müdafiə edirdə, heç də səmimi deyil”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR