Onlayn ictimai-siyasi qəzet
Biz Kursk vilayətində irəliləyirik. Günün əvvəlindən müxtəlif hissələrdə 1 kilometrdən 2 kilometrə qədər irəli getmişik. Eyni dövrdə daha 100-dən çox rus hərbçisi əsir götürülüb.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Onun sözlərinə görə Suca rəsmi olaraq Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır:
“Sırski ərazidə (Sucada – red.) düşmənin axtarışı və məhv edilməsinin sona çatdığı barədə məlumat verdi. Yeni yardım paketlərindən Donetsk vilayətindəki mövqelər gücləndiriləcək”.
Ukrayana ordusu Kursk ərazisində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “Su-34” qırıcısını vurub. Ukrayna Ordusunun Baş Qərargahı məlumat yayıb.
Rusiya prezidenti Vladimir Putin “Rusiya ərazisində yaşayan xarici vətəndaşların hüquqi statusu haqqında” qanunu imzalayıb. Bununla da miqrantlarla bağlı bir sıra qadağalar qüvvəyə minib.
Sənədə əsasən, onlara taksi və ictimai nəqliyyat vasitələrini idarə etmək, qida sektorunda çalışmaq, tütün məmulatları və spirtli içkilərin satışını həyata keçirmək, eləcə də məktəbəqədər təhsil müəssisələrində işləmək qadağan edilib. Bununla yanaşı, Rusiyanın ərazi subyektlərinin rəhbərlərinə ehtiyac olduqda bu qəbildən olan şəxslərə əlavə məhdudiyyətlərin tətbiqi səlahiyyəti verilib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hüquqşünas Qulamhüseyn Əlibəyli ilə Kursk döyüşlərini müzakirə edir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ