İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən Rusiyaya XƏBƏRDARLIQ: "Danışıqlar pozula bilər.."

Mariupol şəhərində Rusiya tərəfindən məhkəmə baş tutsa, danışıqlar aparılmayacaq.

Musavat.com xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb.

Bəlumatda bildirilir ki, belə bir xəbərdarlıqla Ukrayna Prezidenti Volodimir Zelenski son videomüraciətində çıxış edib.

O vurğulayıb ki, indi mediada Rusiyanın işğal olunmuş Mariupolda əsir düşmüş ukraynalı əsgərlərin məhkəməsini təşkil etmək istəməsi barədə getdikcə daha çox məlumat yayılır.

Zelenski qeyd edib ki, düşmənin planları nə olursa-olsun, Ukraynanın reaksiyası tamamilə başa düşüləndir.

"Əgər həmin iyrənc məhkəmə baş tutsa, xalqımız bütün razılaşmalara, bütün beynəlxalq qaydalara zidd olaraq bu mənzərəyə sürüklənsə, bu, istehza olacaq. Bu, heç bir danışığınn mümkün olmadığı xətt olacaq", - Zelenski vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR