İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Trampın qəzəbindən qurtulmaq üçün bu ölkəyə QAÇACAQ - İDDİA

İqtisadçı Mixail Xazin Ukrayna prezidenti Vladimir Zelenskinin məğlubiyyətin qaçılmaz olduğunu anlayanda hara qaça biləcəyini deyib.

Bu barədə "Tsargrad" məlumat yayıb.

Mütəxəssisin fikrincə, Zelenski özünü tələyə salıb və xilas olmaq üçün bir neçə variantı var.

"Trampın qəzəbindən qurtulmaq çox çətin olacaq", - deyə Xazin qeyd edib.

O, Zelenskinin sığınacaq variantları arasında Moskvanın adını çəkib, lakin müharibə cinayətləri və terrorizmi nəzərə alaraq, bu variant son çarə kimi istifadə edilə bilər.

Mixail Xazinin sözlərinə görə, Zelenski Çin Xalq Respublikasına və ya İsrailə sığına bilər.

Xazin deyib ki, sonuncu variant ən realdır, çünki ukraynalı siyasətçi yəhudidir və repatriasiya hüququna malikdir. Bundan əlavə, Təl-Əviv öz vətəndaşlarını başqa ölkələrin hakimiyyət orqanlarına təhvil vermir. /Publika.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR