Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ-ın yenidən seçilmiş prezidenti Donald Trampın inaqurasiyasından sonra onunla görüşəcəyinə əminliyini ifadə edib.
Musavat.com xəbər verir ki, Zelenski bu barədə televiziya marafonunda çıxışı zamanı bildirib.
Zelenskinin sözlərinə görə, Tramp telefon danışığı zamanı ona belə deyib: “İlk ziyarətlərdən biri kimi sizi gözləyəcəyəm. Mənim üçün prioritet müharibəni bitirməkdir və bunu edəcəyəm.”
Zelenski inaqurasiyadan sonra görüşün mütləq baş tutacağına inandığını vurğulayıb.
Zelenski həmçinin Trampın Rusiya tərəfi ilə də əlaqələr quracağına əmin olduğunu deyib: “Onlar bir çox fərqli detalları araşdıracaq, kim nə etməyə hazırdır. İlk dövr belə olacaq. Bu məlumatlardan çıxış edərək növbəti addımları müəyyən edəcəyik. Bu addımlar müharibənin isti mərhələsinin dayandırılmasına gətirib çıxarmalıdır.”
Bu açıqlamalar, Trampın ABŞ və dünya siyasətində oynayacağı rolun və Ukrayna-Rusiya münaqişəsinin həllində iştirakının hansı formada olacağı ilə bağlı yeni müzakirələrə yol açır. Zelenski Tramp administrasiyasının müharibəni dayandırmaq istiqamətində konkret addımlar atacağına ümid etdiyini ifadə edib.
Musavat.com xatırladır ki, D. Tramp Ukraynanın səlahiyyət müddəti mayda başa çatmış Vladimir Zelenskini inauqurasiya mərasiminə dəvət etməyib.
Musavat.com
05 Yanvar 2025
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ