Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski əgər Donald Tramp yenidən ABŞ Prezidenti seçilərsə, onunla işləməyin çətin iş olacağını deyib.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, iyulun 18-də Oksfordda keçirilən “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün Britaniyada səfərdə olan V.Zelenski BBC telekanalına müsahibə verib.
O, Donald Tramp yenidən ABŞ Prezidenti seçilərsə, onunla işləməyin çətin iş olacağını deyib. Prezident qeyd edib ki, ancaq o, zəhmətkeşdir və ABŞ-da hakimiyyətdə olan hər kəslə işləməyə hazırdır.
Volodimir Zelenski müsahibəsində Ukrayna-Britaniya münasibətlərinə də toxunub. Kir Starmerin baş nazirlik müddətinin Britaniyanın xarici siyasətində xüsusi bir dövrə damğa vuracağına ümid etdiyini bildirib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ