Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski növbəti prezident seçkilərində iştirak edib-etməyəcəyinin hələ dəqiq məlum olmadığını bildirib.
Musavatş.com xəbər verir ki, The Guardian-a müsahibəsində o, həmçinin Ukrayna, ABŞ və Avropa ilə bağlı bir sıra mühüm bəyanatlar verib.
Zelenskinin sözlərinə görə, ABŞ-ın maraqlarına uyğun olan əsas məqam Ukraynanın resurslarının nəzarət altında saxlanılması və onlara Qərb ölkələrinin çıxışının təmin olunmasıdır.
O həmçinin Rusiya ilə təhlükəsizlik zəmanətləri barədə danışaraq bildirib ki, Moskva ilə bu mövzuda “uşaqcasına danışıqlara” ehtiyac yoxdur:
"Bizə öz təhlükəsizlik zəmanətlərimiz lazımdır. Avropa müdafiə olunmalıdır – çünki bu, Avropadır. Ruslar isə ruslardır, onları yerinə oturtmaq lazımdır".
Bundan əlavə, Zelenski Rusiyanın yeni hücuma hazırlaşdığı barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri yaxın vaxtlarda Belarusla birgə hərbi təlimlər keçirməyə hazırlaşır.
Prezident vurğulayıb ki, 2022-ci ildə Ukraynaya hücum da məhz belə təlimlərdən sonra başlamışdı və eyni ssenari Polşa və Litvaya qarşı da təkrarlana bilər.
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ