İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: "Kiyev ABŞ-dan alacağı raketlərlə Rusiyanı vurmaq fikrində deyil" – Tofiq Zülfqarovla “Canlı debat”

Ukrayna ABŞ-dan alacağı fəaliyyət radiusu genişləndirilmiş raket sistemlərindən Rusiya ərazisinə zərbə vurmaq üçün istifadə etmək niyyətində deyil.

AZƏRTAC xəbər verir ki, Volodimir Zelenski bu barədə Newsmax telekanalına müsahibəsində deyib.

“ABŞ-da və ya Ağ Evdəki bəzi insanlar uzaqmənzilli raketlər vasitəsilə Rusiyaya hücum edəcəyimizdən ehtiyatlanır. Biz onların ərazisində döyüşmürük və Rusiyaya hücum etməyi planlaşdırmırıq”, - deyə Ukrayna prezidenti bildirib.

Vaşinqton yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya HIMARS yaylım atəş sistemləri verməyi planlaşdırır. Bu raket sistemlərinin atəş məsafəsi 500 kilometrə qədərdir. ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsinin sözlərinə görə, Kiyevə göndərilən HIMARS sistemləri yalnız 80 kilometr məsafəni vura biləcək sursatla təmin olunacaq.

Xatırladaq ki, rəsmi Moskva Ukraynaya silah tədarükü ilə əlaqədar ABŞ başda olmaqla bütün ölkələrə nota verib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna silah daşıyan istənilən yükün onlar üçün qanuni hədəfə çevriləcəyini bildirib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 14.00-də eks xarici işlər naziri Tofiq Zülfüqarovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR