İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski 10 martda Səudiyyə Ərəbistanına səfər edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski 10 mart tarixində Səudiyyə Ərəbistanına səfər edəcək.

Musavat.com xəbər verir ki, dövlət başçısı bu səfər çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşməyi planlaşdırır.

Zelenski bildirib ki, görüşdən sonra Ukrayna nümayəndə heyəti Səudiyyə Ərəbistanında qalaraq ABŞ tərəfdaşları ilə danışıqları davam etdirəcək. O, Ukraynanın sülh prosesində maraqlı olduğunu vurğulayaraq qeyd edib:

"Bizim əsas məqsədimiz sürətli və etibarlı sülhə nail olmaqdır. Bunu Prezident Trampa da bildirmişik. Ukrayna bundan sonra da konstruktiv şəkildə işləməyə davam edəcək."

Qeyd edək ki, Zelenskinin Səudiyyə Ərəbistanına səfəri əvvəlcə 19 fevral tarixinə planlaşdırılmışdı, lakin Rusiya və ABŞ nümayəndələrinin 18 fevralda Ər-Riyadda keçirdiyi danışıqlar fonunda 10 mart tarixinə təxirə salınmışdı. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Mart 2025

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR