Onlayn ictimai-siyasi qəzet
Fransa Milli Kitabxanasında 19-cu əsrə aid üzlükləri yüksək dozalı zəhərlə işlənmiş dörd kitab aşkar edilib. Bu kitablar rəflərdən çıxarılıb və zəhərin yoxlanılması üçün karantinə alınıb.
Məlumata görə, İngiltərədə istehsal olunan qədim kitabların üz qabığı o dövrdə kitabları rəngləmək üçün geniş istifadə olunan arsen adlı maddə ilə örtülərək yaşıl rəngə salınıb.
Müsadirə edilən kitablar “Kral Bağçılıq Cəmiyyəti” ( 862-1863), Edvard Hayesin “İrlandiya balladası”-nın iki cildi, (1855), Henri Stenlinin “Rumıniya poeziya antologiyas” (1856) əsərləridir.
Fransa Milli Kitabxanasının sözçüsü bildirib ki, kitablar karantinə alınıb və xarici laboratoriya hər cilddə nə qədər arsenin olduğunu müəyyən etmək üçün analizlər aparacaq. 2019-cu ildən bəri Delaver Universitetindəki Poison Book komandası zəhərli ağır metallar daşıyan kitabları öyrənir və aşkarlanan təhlükəli kitablar anbarlarda xüsusi rəflərdə saxlanılır.//Lent.az
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ