İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqataladan ÜZÜCÜ XƏBƏR: ölən və yaralanan var

Zaqatala rayonunun Muxax kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Musavat.com Zaqatala Rayon Mərkəzi Xəstəxanasına istinadla xəbər verir ki, qoşqulu motosikletlə “QAZ-24” markalı minik avtomobilinin toqquşması ölümlə nəticələnib. Belə ki, motosikletçi aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Bir nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Baş vermiş qəza hadisəsi ilə bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma başlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

16 Mart 2025

BÜTÜN XƏBƏRLƏR