İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqataladakı yanğının ilkin səbəbi açıqlandı

Zaqatala rayonunun Muğanlı kəndində ümumi sahəsi 480 m² (hər mərtəbəsi 240 m²) olan ikimərtəbəli evin (15 otaqlı) ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları, qismən içərisindəki əşyalar yanıb.

Musavat.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının ilkin ehtimala görə, elektrik naqillərində qısa qapanmadan baş verdiyi müəyyən edilib. Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR