İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqatalada qaydaları pozan 23 sürücü cərimələnib - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə profilaktik tədbir keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, xüsusilə də hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən nəzarət tədbirləri zamanı kobud qayda pozuntularına yol verən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən, eləcə də təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlanıb.

Yol hərəkəti qaydalarını pozan həmin şəxslərin hər birinə yol verdikləri qayda pozuntusu ilə bağlı məlumat verilib və ümumilikdə 23 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR