İnsanlara hürriyət, millətlərə istiqlal!

"Z-burger”: Mc'Donalds Rusiyada işləmək üçün sifətini dəyişdi

"Z" əməliyyatından sonra Rusiya Federasiyasını tərk edən xarici şirkətlərin arasında fast-food üzrə dünya lideri olan “Mc'Donalds” da var idi. Şirkətin ölkə ərazisində 850 restoranı öz fəaliyyətini hələ mart ayında "müvəqqəti" dayandırsa da, müqavilə və öhdəliklərlə bağlı maliyyə əməliyyatları zənciri mayın ortalarına qədər davam etdi.

İçtimaiyyətə bildirilmişdi ki, "Mc'Donalds fasiləsiz işi davam etdirə, şəbəkə müəssisələrində çeşidin saxlanılmasına və qonaqlarına təqdim etdiyi yüksək keyfiyyət standartlarına zəmanət verə bilmədiyi üçün bazarı tərk etmək məcburiyyətindədir". Bu, dünya nəhənginin Rusiyadakı restoranlar şəbəkəsində, çatdırılma xidmətində, istehsalat və saxlanma bazasında çalışan 62.000 nəfərin avtomatik olaraq işsiz qalması demək idi.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR