Onlayn ictimai-siyasi qəzet
Musavat.com Haqqin.az-a istinadən xəbər verir ki, Yunanıstan sovet istehsalı olan “S-300 PMU-1”, “Tor-M1” və “Osa-AK” zenit-raket komplekslərini Ermənistana satmağa hazırlaşır.
Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Məlumata görə, Yunanıstanın Silahlı Qüvvələr Baş Qərargahı öz arsenalını “derussifikasiya” proqramı çərçivəsində yeniləmək üçün Rusiyadan alınan köhnə sovet komplekslərindən imtina edərək, İsrail və Fransanın müdafiə texnologiyalarına üstünlük verməkdədir.
Əvvəllər bu komplekslərin Ukrayna ordusuna ötürülməsi müzakirə olunmuşdu. Lakin Vaşinqton Yunanıstana “Patriot” komplekslərini verməkdən imtina etdikdən və Ukrayna köhnə sovet sistemlərinə maraq göstərmədikdən sonra, bu silahların Ermənistana satışı gündəmə gəldi.
Bu sövdələşmə Azərbaycan üçün bir sıra suallar doğurur. Ermənistanın Yunanıstandan əldə etdiyi hərbi texnikalar, xüsusilə zenit-raket kompleksləri, Ermənistanın müdafiə qabiliyyətini artırmağa və Cənubi Qafqazda hərbi balansı dəyişməyə hesablanıb.
1. Ermənistan-Yunanıstan hərbi əməkdaşlığının güclənməsi:
Yunanıstanın Ermənistana qarşılıqlı hərbi-texniki əməkdaşlıq çərçivəsində texnologiyalar və təmir xidmətləri təqdim etməsi bu əməkdaşlığın təkcə silah satışı ilə məhdudlaşmadığını göstərir.
2. Geosiyasi gərginlik:
Azərbaycanın güclü müttəfi olan Türkiyə və Yunanıstan arasındakı tarixi gərginlik fonunda, Yunanıstanın Ermənistana hərbi dəstəyi, regional qüvvələr balansına mənfi təsir göstərə bilər.
3. Azərbaycanın cavab addımları:
Bu sövdələşmə Azərbaycanı daha da güclü hərbi potensial formalaşdırmağa və müdafiə qabiliyyətini artırmağa sövq edə bilər. Xüsusilə də, İsrail və Türkiyə ilə əməkdaşlıq çərçivəsində yeni müdafiə sistemlərinin əldə edilməsi daha da prioritet olacaq.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ