İnsanlara hürriyət, millətlərə istiqlal!

Yük maşını gənc qızı belə vurdu - ANBAAN VİDEO

Türkiyənin Aydın vilayətində yolu keçərkən yük maşınının vurduğu gənc qız aparıldığı xəstəxanada dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, dəhşətli qəza anbaan yanacaqdoldurma məntəqəsinin təhlükəsizlik kamerasına əks olunub.

Qəza gecə saat 02:00 radələrində baş verib. Yanacaqdoldurma məntəqəsində gözləyərkən bir anda yola atılaraq yolu keçmək istəyən 27 yaşlı Fatimə Dönmezi E.A-nın idarə etdiyi yük avtomobili vurub. Qəza nəticəsində gənc qız ağır yaralanıb. Xəbərdarlıq üzərinə hadisə yerinə jandarma və sağlamlıq qrupları sövq edilib. İlk müdaxilənin ardından gənc qız xəstəxanaya aparılıb. Yük maşınının sürücüsü E.A. jandarma tərəfindən saxlanılıb.

Musavat.com


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR