Onlayn ictimai-siyasi qəzet
“Yaxşı oxuyan şagirdin valideyni rüşvət verməz!”
Bu sözləri instaqramda şairə Nazilə Səfərli yazıb.
O qeyd edib:
“Hər dəfə müəllimləri cəzalandırırlar. Ay müəllimlər, o keçdiyiniz dərsdən birini də özünüzə keçsəydiniz, valideynlər yığışıb sizə dərs keçməzdi. Rüşvət verən valideynlərə bir müəllim həbs tələb etsəydi, bu oyunlar olmazdı. Yəni mənim ağlıma gələn fikir bir müəllimin ağlına gəlmədi? Mən qədər yoxsunuz?
Ay bədbəxtlər, biz uşaq olanda elə bilirdik müəllim tualetə getmir, yemək yemir, yatmır. İndi uşaqlar sizi qarın ağrısından tualetdən çıxmağa qoymur, rüşvət yedirir, həbsdə yatırır. İnnovasiya budur? Rüşvət alan da, verən də, təklif edən də cinayətkardır!”
09 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ