İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yaxşı ki, Cavanşir körpüsü söküldü" - VİDEO

"Yaxşı ki, körpü söküldü. Çünki gözəl görüntü ortaya çıxdı. Məncə, bu görüntünü hər kəs sevəcək".

Bu sözləri müğənni Lətifə Soyuöz sosial şəbəkədəki paylaşımında deyib. Sənətçi Cavanşir körpüsünün sökülməsindən danışıb.

Lətifə daha sonra hava limanında ona yaxınlaşan xanımlardan söz açıb:

"Hava limanında mənə o qədər xanımlar yaxınlaşırdı ki... O qədər gözəl sözlər deyib, ruh verirdilər. Məni çox gözəl, baxımlı xanımlar sevir və izləyir. Deyirlər, sizi Nyu-Yorkdan, başqa ölkədən izləyirik. Dünyanın hər nöqtəsindən mənin hekayələrimə baxanlar var.

Hətta alış-veriş mərkəzində xanımlar yaxınlaşır. Biri deyir, geyindiyin kostyumdan tikdirdim. Hamımız bu həyata bağlı və baxımlı olaq". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR