Onlayn ictimai-siyasi qəzet
Yaralılar və həlak olanları gətirən təyyarələr Bakıya ÇATDI
"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində yaralanan şəxslərlə dolu təyyarə artıq Bakıya enib.
Zərərçəkənlərin yaxınlarının sözlərinə görə, yaralılar üçün xəstəxanalarda yerlər ayrılıb.
Aktau şəhərindən Bakıya iki təyyarə göndərilib: biri "Azərbaycan Hava Yolları"na, digəri isə Fövqəladə Hallar Nazirliyinin amfibiya təyyarəsinə məxsusdur. AZAL təyyarəsi Bakıya yeddi yaralı və dörd həlak olmuş sərnişinin cəsədini gətirib.
FHN təyyarəsi ilə isə yeddi yaralı gətirilib. Onları FHN əməkdaşları və həkimlər qarşılayıb. / haqqın.az
@@TVmusavat/104428@@
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ