Onlayn ictimai-siyasi qəzet
Yaponiyanın ən böyük içki istehsalçılarından biri olan “Suntory” şirkəti yeni məhsulunu təqdim edib. “Special Water” adlanan su, istehsalçıların iddiasına görə, qarın nahiyəsindəki piylərin azalmasına kömək edir.
Musavat.com xəbər verir ki, bu barədə “Oddity Central” məlumat yayıb.
İlk baxışda bu məhsul adi mineral sudan fərqlənmir: şəffafdır, dadı yoxdur, kalori, şəkər və kofein tərkibli deyil.
Lakin “Special Water” Yaponiyada rəsmi şəkildə “funksional qida” kimi qeydiyyatdan keçib. Bu status şirkətə məhsulun sağlamlığa sübut olunmuş faydaları barədə bəyanatlar verməyə imkan yaradır.
İçkinin əsas aktiv maddəsi fermentləşdirilmiş düyü kəpəyindən əldə edilən aşağı molekulyar çəkili metabolit olan HMPA-dır. Klinik tədqiqatlar göstərib ki, HMPA-nın müntəzəm qəbulu qarın (abdominal) piylərinin paylanmasını yaxşılaşdırır və ürək-damar sistemi üçün ən təhlükəli sayılan visseral piyin səviyyəsini azaldır.
“Suntory” nümayəndələrinin sözlərinə görə, bu məhsul əsasən ofis işçiləri və oturaq həyat tərzi sürən insanlar üçün nəzərdə tutulub. Şirkət “Special Water”ı gündəlik vərdişləri və qidalanma rejimini kəskin şəkildə dəyişmədən sağlamlığı qorumağın bir yolu kimi təqdim edir.
İstehsalçının fikrincə, bu suyun müntəzəm istifadəsi qarın ətrafında toplanan piyin miqdarını azaltmağa və gündəlik bədən baxımı ritualının bir hissəsinə çevriləcəkdir.
Musavat.com
02 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ