İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyanın akvatoriyasında güclü zəlzələ oldu

Yaponiya arxipelaqının ən böyük adası Honsü sahilindən 700 km-dən çox məsafədə yerləşən Oqasavara adaları yaxınlığında Sakit okeanda 6,2 maqnitudalı zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ Hamamatsu şəhərindən (Sizuoka prefekturası) 873 km cənub-şərqdə baş verib. Təbiət hadisəsinin ocağı 566 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR