İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya “Fukusima-1” AES-dən çıxan radioaktiv suyu okeana axıdacaq

Yaponiyada “Fukusima-1” AES-də reaktorların soyudulması üçün istifadə olunan suyun okeana axıdılması iki gündən sonra başlayacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hökumət avqustun 24-dən suyun boşaldılmasına başlamaq qərarına gəlib

“Kyodo” xəbər agentliyinin məlumatına görə, baş nazir Fumio Kişida Yaponiyanın yerli balıqçıların narahatlıqlarına, Çin və Cənubi Koreyanın etirazlarına baxmayaraq, cümə axşamı günü atom elektrik stansiyasından suyu okeana axıtmağa başlayacağını bildirib və hava şəraitinin imkan verdiyi təqdirdə prosesin başlayacağını qeyd edib.

Bundan əvvəl MAQATE ekspertləri bildirmişdilər ki, Yaponiyanın 2011-ci ildə sunamidən zərər çəkmiş “Fukusima-1” AES-in reaktorlarının soyudulması üçün istifadə edilən suyun okeana axıdılması istiqamətində hərəkətləri təhlükəsiz olacaq.

2011-ci ilin martında Yaponiyanın şimal-şərq sahillərində baş verən zəlzələnin sunamiyə səbəb olması ilə “Fukusima-1” AES-i nəhəng dalğa vurmuşdu və bu, 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzadan sonra ən böyük AES qəzasıydı.

2021-ci ilin aprelində Yaponiya hökuməti xüsusi müalicədən sonra “Fukusima-1”-dən suyun tədricən okeana buraxılması planlarını açıqlayıb. Tokionun qərarı qonşu ölkələr və xüsusən də balıqçılıq sənayesi nümayəndələri arasında geniş narazılığa səbəb olub, onlar istehlakçıların ərazidə tutulan hər hansı dəniz məhsulundan imtina edəcəyindən ehtiyat edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR