Onlayn ictimai-siyasi qəzet
Yaponiyanın SoftBank Qrupu ChatGPT chatbotunun yaradıcısı olan OpenAI-a 15-25 milyard dollar sərmayə qoymaq üçün danışıqlar aparır.
Musavat.com xəbər verir ki, məlumatı Financial Times mənbələrə istinadən yayıb.
Bildirilir ki, investisiya AI infrastrukturu sahəsində artıq böyük bir layihə planlaşdıran iki şirkət arasında əməkdaşlığı dərinləşdirəcək.
Ötən həftə OpenAI, SoftBank və Oracle Corp. və BƏƏ dövlət investisiya şirkəti MGX Stargate adlı müştərək müəssisə yaratdıqlarını elan ediblər.
Stargate-in növbəti dörd il ərzində ABŞ-da OpenAI üçün məlumat mərkəzləri qurmağa 500 milyard dollar sərmayə qoyacağı gözlənilir.
FT mənbələri qeyd edir ki, SoftBank Stargate layihəsi çərçivəsində öhdəliklərinə (15 milyard dollardan çox) əlavə olaraq birbaşa OpenAI-yə investisiya qoymağı planlaşdırır: "Danışıqlar davam edir və SoftBank-ın OpenAI-nin kapitalına yatıra biləcəyi məbləğ yekunlaşdırılmayıb".
ChatGPT tərtibatçısı həmçinin Stargate-ə 15 milyard dollar sərmayə qoymağı öhdəsinə götürdü. Mənbələr bildiriblər ki, Yaponiya şirkətinin öz kapitalına qoyduğu investisiya bu xərcləri ödəmək üçün istifadə oluna bilər. Bununla da SoftBank OpenAI-nin ən böyük investoru olacaq. Ondan sonra gələn Microsoft Corp-un ümumi investisiyası təqribən 14 milyard dollar təşkil edib.
Musavat.com
31 Yanvar 2025
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ